“Rəvan” serbiyalılarla sülh bağladı
22.07.2013 - 01:31
“Rəvan” serbiyalılarla sülh bağladı
Yeni mövsümə hazırlıqlarını Sloveniyada davam etdirən "Rəvan” ötən gün növbəti yoxlama oyununu keçirib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, komanda məskunlaşdığı "Draş Center Hotel”in yaxınlığındakı bazada Serbiya elitasının nümayəndəsi "Çukariçki” ilə üz-üzə gəlib.

Gərgin idman mübarizəsi şəraitində keçən oyunda "Rəvan” ərazi üstünlüyünə malik olsa da, hesabı xeyrinə dəyişmək mümkün olmayıb. Əsas diqqəti müdafiəyə ayıran, fiziki gücə söykənən futbol sərgiləyən serblər sona qədər qapısının toxunulmazlığını qoruya bilib.

Beləliklə, oyun 0:0 hesabı ilə başa çatıb.