“Qarabağ”la oyunda belə vəziyyətləri təkrar etməyəcəyik”
22.07.2013 - 02:03
“Qarabağ”la oyunda belə vəziyyətləri təkrar etməyəcəyik”
“Görüş sürətli tempdə keçdi. Mən düşünürəm ki, azarkeşlər bu matçda darıxmırdılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Polşa “Pyast”ının baş məşqçisi Marçin Broş deyib.

Təcrübəli mütəxəssis ölkə çempionatının ilk turunda səfərdə “Krakovia” klubunu 2:3 hesabı ilə məğlub etmələrinə şərh verib: “Oyunun tempi çox yüksək idi və hər iki tərəf kəsərli hücumlar edirdilər. Belə güclü rəqibdən 3 xal aldığımız üçün şadam. Əlbəttə, bizim oyunumuzda bəzi çatışmazlıqlar var. Bununda öhdəsindən gələcəyik. 90 dəqiqə ərzində qapıçımız Yakub Şumski əla oynadı. İnanmıram ki, “Qarabağ”la oyunda belə vəziyyətləri təkrar edək”.

Qeyd edək ki, “Pyast” - “Qarabağ” matçı iyulun 25-də Polşada keçiriləcək. İlk oyunda isə Ağdam klubu Bakıda rəqibini 2:1 hesabı ilə məğlub edib.