“Bakı”nın sabiq hücumçusu “Samsunspor”da!
22.07.2013 - 02:36
“Bakı”nın sabiq futbolçusu Jabanın yeni komandası müəyyənləşir. Apasport.az saytının məlumatına görə, son olaraq Türkiyənin “Antalyaspor” klubunda forma geyinən və mövsümün sonunda müqaviləsi başa çatan braziliyalı hücumçu yenidən qardaş ölkə çempionatında çıxış edəcək.
Belə ki, Türkiyədə karyerasına 2003-cü ildə “Ankaraspor”da başlayan və əsl adı Silvino Juan De Karvalyu olan 32 yaşlı oyunçu “Samsunspor”un Bolu təlim-məşq toplanışının düşərgəsində baxışdadır. Həm sağ, həm də sol cinahlarda oynaya bilən forvardın komandada qalıb-qalmayacağı ilə bağlı qərarı 1 həftəlik hazırlıqdan sonra I liqa klubunun baş məşqçisi Hüseyn Kalpar verəcək.
Qeyd edək ki, Jaba “Bakı”ya 2009-cu ildə "Ankaragücü"ndən keçib. O, vaxtilə “zolaqlılar”ın ən yüksəködənişli futbolçularından sayılıb. "Sambaçı" paytaxt klubunun heyətində Azərbaycan kubokunu qazanıb. Braziliyalı oyunçu “Bakı”nın sabiq baş məşqçisi Aleksandr Starkovun gəlişindən sonra əsas heyətdə yerini itirib. Jaba 2012-ci ilin qış transfer pəncərəsində “Bakı”dan ayrılaraq “Antalyaspor”la müqavilə bağlayıb.

0
0