Təmsilçilərimizi Tuqay Kərimoğlu çalışdıra bilər
22.07.2013 - 03:32
Təmsilçilərimizi Tuqay Kərimoğlu çalışdıra bilər
Ötən gün millimizin üzvü Arif İsayev və Saşa Yunisoğlunun çıxış etdikləri “Dənizlispor”un baş məşqçisi Özcan Bizatinin istefasından sonra rəhbərlik komandaya yeni mütəxəssis axtarışına başlayıb. Apasport.az saytının məlumatına görə, rəhbərlik artıq Türkiyə klubuna yeni çalışdırıcı tapıb.

Belə ki, təmsilçilərimizə “ay ulduzlular”ın və “Qalatasaray”ın sabiq futbolçusu Tuqay Kərimoğlu başçılıq edə bilər. I liqa klubunun rəhbərliyi 42 yaşlı mütəxəssislə görüşüb və ilk danışıqlar müsbət nəticələnib. Onun iki gün ərzində Dənizli şəhərinə gəlməsi gözlənilir.

Qeyd edək ki, “Qalatasaray”ın yetirməsi olan Kərimoğlu 1987-1999-cu illərə qədər “Cim-Bom”un əsas heyətində çıxış edib. Tuqay daha sonra “Qlazqo Reyncers” (1999-2001) və “Blekbern” (2001-2009) klublarının şərəfini qoruyub. O, 1990-2007-ci illər arasında isə Türkiyə millisinin formasını geyinib.