“Simurq” Türkiyə klubu ilə sülh bağladı - YENİLƏNİB
22.07.2013 - 22:03
“Simurq” Avstriyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisi sözügedən ölkədə hazırlıq çərçivəsində bu gün ikinci yoxlama oyununu keçirib.
İyulun 16-da Yunanıstan çempionu “Olimpiakos”a (1:2) məğlub olan, 3 gün sonra “Neftçi”nin Avroliqanın pley-off mərhələsində kənarlaşdırdığı Kiprin APOEL klubu ilə görüşü təxirə salınan Zaqatala təmsilçisi bu dəfə Türkiyə "İstanbul Böyükşəhir Bələdiyyəspor"u ilə qarşılaşıb.
Matçda qalib müəyyənləşməyib. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, baş məşqçi Georgi Çixradzenin yetirmələri Türkiyə toplanışı zamanı 3 oyunda qüvvəsini sınayıb. Əvvəlcə “Simurq” “Spartak-Nalçik”ə (1:0) uduzub. Təmsilçimiz ikinci matçda “Dila” (3:3) ilə heç-heçə edib. Zaqatalalılar son oyununda da Gürcüstan klubu ilə qarşılaşıb. Bu oyunda da qalib müəyyənləşməyib - 1:1.
Yoldaşlıq oyunu
22 iyul
“Simurq” (AZƏRBAYCAN) – “İstanbul Böyükşəhir Bələdiyyəspor” (Türkiyə) - 1:1

- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
- “Fənərbaxça” – “Lion” matçından sonra gərginlik - 6 nəfər saxlanılıb
- "Atletiko" açıqladı: ALVAREZ SATILMAYACAQ
0
0