Dirk Kuyt Lənkərandan sürprizlə qayıtdı
22.07.2013 - 08:27
Dirk Kuyt Lənkərandan sürprizlə qayıtdı
“Fənərbaxça”nın hollandiyalı futbolçusu Dirk Kuyt Azərbaycandan qayıdan zaman sürprizlə üzləşib. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”la Lənkəranda yoldaşlıq görüşündən dönən hücumçunun ad günü ilə bağlı təyyarədə kiçik tədbir olub.

Bununla da, Kuyt gözləmədiyi halda 33 yaşını havada komanda üzvləri ilə birgə qeyd edib.

Onun üçün hazırlanan tortu kəsən Dirk bu sürprizdən məmnun qaldığını söyləyib.

Qeyd edək ki, hollandiyalı 4:0 hesabı ilə qalib gəldikləri matçda əsas heyətdə meydana daxil olaraq, ikinci hissədə əvəzlənib.