Françesko Qvidolin: “Bakı” ilə oyun bizim üçün əsl sınaq oldu
22.07.2013 - 08:50
Françesko Qvidolin: “Bakı” ilə oyun bizim üçün əsl sınaq oldu
“Komandamız belə həvəslə mübarizə aparan rəqibə qarşı oynamağa hazır deyildi. Bu amil bizim üçün xəbərdarlıq olmalıdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliyanın “Udineze” klubunun baş məşqçisi Françesko Qvidolin deyib.

Təcrübəli mütəxəssis yetirmələrinin “Bakı” ilə yoxlama görüşündən (1:1) o qədər də razı qalmayıb. Onun fikrincə, tanımadıqları rəqiblə görüşdə ehtiyatlı davranmaq lazımdır: “Bakı” ilə qarşılaşma bəzi yeni futbolçuların bacarığı haqda müəyyən təsəvvürlərimin yaranmasına imkan verdi”.

Qvidolin yoxlama oyununun məhz “Bakı” ilə keçirilməsindən məmnun qalıb: “Matçın ilk yarısında “Bakı” bizi üstələyirdi. Lakin sonradan biz daha yaxşı, həm də təhlükəli oynamağa başladıq. Mənim futbolçulardan tələbim elə bu idi. “Bakı” ilə qarşılaşdığımız üçün razıyam. Bu görüş bizim üçün əsl sınaq oldu. Digər komandanı 7:0 hesabı ilə məğlub etməkdənsə, belə rəqiblə oynamaq yaxşıdır”.