Cihan Özkara Hollandiya komandasına qarşı oynadı - FOTO
22.07.2013 - 09:06
Cihan Özkara Hollandiya komandasına qarşı oynadı - FOTO
Millimizin hücumçusu Cihan Özkaranın çıxış etdiyi “Sivasspor” Hollandiyada ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Superliqa təmsilçisi yerli NEK-lə qarşılaşıb.

Görüş hollandiyalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları türk Cihat Çəlik və alman Kristof Hemlayn vurub. Cihan bu görüşdə meydanda olub.

Qeyd edək ki, bu, Roberto Karlosun “Sivasspor”un baş məşqçisi kimi ilk sınağı idi.