“Fənərbaxça” prezidenti Lənkəran səfərindən danışdı
22.07.2013 - 09:27
“Fənərbaxça” prezidenti Lənkəran səfərindən danışdı
“Mübariz Mənsimovla dostluq AFFA prezidenti Rövnəq Abdullayevlə də yaxşı münasibətlərimiz var”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Fənərbaxça”nın prezidenti Əziz Yıldırım deyib.

“Xəzər Lənkəran”a qalib gəldikləri (4:0) yoldaşlıq görüşündən sonra fikirlərini açıqlayan Yıldırım ölkəmizə səfərdən razı qaldığını bildirib: “Xəzər Lənkəran” klubunun 10 illiyidir. Bu komandaya uğurlar arzulayıram. Azərbaycanda futbola sərmayələr qoyulur və Türkiyədəki stadionlardan fərqi yoxdur”.

AFFA prezidenti Rövnəq Abdullayev isə dəvəti qəbul etdikləri üçün Yıldırıma təşəkkürünü çatdırıb: “Bu, Azərbaycan futbolu üçün yeni imkanlar açır. Ölkə futbolunun inkişafı üçün gözəl addım oldu”.