“Onun “Neftçi” ilə matçda oynayacağını deyə bilmərəm”
22.07.2013 - 10:35
“Bicinin durumuna yaxın günlərdə qiymət verəcəyik. Hərçənd, indi onun “Neftçi” ilə matçda ilk dəqiqələrdən oynayacağını deyə bilmərəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Albaniyanın “Skenderbeu” klubunun baş məşqçisi Mirel Yosa deyib.
“Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsində rəqibinin aparıcı müdafiəçisi Ditmar Bici zədə üzündən Bakıda qolsuz bərabərliklə nəticələnən matçı buraxmalı olmuşdu.
Yosanın sözlərinə görə, sabah Korçada keçiriləcək cavab oyununda Ditmarın ən azından ehtiyatda olacağı gözlənilir: “O, hazırlıq prosesinin əvvəlində zədələndi. Çoxlu məşqləri buraxmaq çətinlik yaradır. Bu zaman futbolçu heç də yaxşı formada olmur. İndi onun formasına yetərincə qiymət verə bilmərik. Bunun üçün yoxlama oyunu keçirməyimiz vacibdir. Ancaq hazırda başqa seçimimiz yoxdur”.

0
0