“Neftçi” – uğursuz gündə uğur axtarışında
22.07.2013 - 10:42
Sabah Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşlərinə start veriləcək. Apasport.az saytının məlumatına görə, Albaniyada “Skenderbeu”nun qonağı olacaq “Neftçi” tarixində ikinci dəfə iyulun 23-də avrokubok matçına çıxacaq.
1997-ci ildə də bu tarixdə Çempionlar Liqasının qarşılaşmasına çıxan “ağ-qaralar” həmin vaxt qitənin ən nüfuzlu klub turnirində debüt etmişdi. Lakin 16 il əvvəlki debütü Polşa təmsilçisi “Vidzev” korlamışdı. Lodz təmsilçisi Bakıdakı qarşılaşmada 2 cavabsız qolla qalib gəlməyə nail olmuşdu.
“Neftçi” ilə yanaşı, daha bir komandamız – “Qarabağ” da iyulun 23-də avrokubok matçı keçirib. Cəmi 4 il əvvəl evdə Norveç “Rusenborq”unu 1:0 hesabı ilə məğlub edən ağdamlılar həmin vaxt mərhələ adlamışdılar.
Lakin bu, o demək deyil ki, sabahkı tarix ağdamlılar üçün uğurludur. “Qarabağ” da 1997-ci ildə avrokubok matçına çıxıb. Həmin vaxt Çexiyada “Yablonets”in qonağı olan təmsilçimiz iyulun 23-dəki yeganə səfər qarşılaşmasında 5 cavabsız qolla uduzub.

0
0