Millimiz Latviyaya 19 futbolçu ilə yollanır
22.07.2013 - 11:16
Millimiz Latviyaya 19 futbolçu ilə yollanır
Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığma komandası iyulun 23-dən avqustun 1-dək Latviyada təlim-məşq toplanışı keçəcək. Apasport.az saytının məlumatına görə, futbolçularımız Riqadakı hazırlıq prosesi çərçivəsində iyulun 26-da latviyalı həmyaşıdları ilə yoldaşlıq oyunu keçirəcək.

Toplanışa 19 futbolçu dəvət olunub. Bunlar Günay İsmayılova, Nərmin Rəhmanova, Emelie Bibezic, Gülənbər Qasımova, Kader Alimova, Məlahət Abasova, Jalə Məmmədova, Manə Mollayeva, Kristina Bakarandze, Nurlana Muradova, Berna Yığın Canan, Səbinə Əhmədova, Lalə Məmmədova, Fatma Kanat, Mişel Amirzadeh, Süsən Mənsimova, Yasminne Gluic və Dilşat Gültəkindir.

Mənbə: affa.az