“Qalatasaray”lı azarkeşlər Lənkəranda aranı qatdılar - FOTO
22.07.2013 - 11:58
“Fənərbaxça”nın dünən “Xəzər Lənkəran”la keçirdiyi yoldaşlıq oyunundan əvvəl maraqlı anlar yaşanıb. Apasport.az saytının məlumatına görə, Lənkəran şəhər stadionunda meydan sahiblərini dəstəkləyənlər arasında 10-dək “Qalatasaray” azarkeşi də olub.
Onlar tribunada “2010/11 mövsümünün saxta çempionuna salamlar” pankardı açıb. Həmin azarkeşlər daha sonra “Cim Bom” qışqırmaqla, səslərini stadionda eşitdirə bilib. Ancaq digər tərəfdarlar buna etiraz əlaməti olaraq ardıcıllıqla “Fənər” və “Xəzər” deməyə başlayıblar.
Qeyd edək ki, “Fənərbaxça” ilk yoxlama oyununda “Boluspor”u 4:0 hesabı ilə darmadağın etdiyi kimi, “Xəzər Lənkəran”ı da eyni hesabla məğlub edib.

0
0