“Bakı”ya qol vurduğum üçün xoşbəxtəm”
22.07.2013 - 12:10
“Bakı”ya qol vurduğum üçün xoşbəxtəm”
“Fərqləndiyim üçün xoşbəxtəm. Ancaq qələbə qazanmadığımıza görə məyusam”. Apasport.az saytının məlumatına görə, bunu “Udineze”nin yarımmüdafiəçisi Pyotr Zelinski deyib.

İtaliya klubunun 19 yaşlı futbolçusu dünən “Bakı” ilə “Sercio Pittoni” stadionunda baş tutmuş yoxlama oyunu haqda danışıb.

Gənc polşalı pleymeyker 1:1 hesabı ilə başa çatan oyunda “Udineze”də ilk qolunu vurduğu üçün sevindiyini bildirib. Zelinskinin sözlərinə görə, “Bakı” ilə oyunda qələbə qazanmalı idilər: “Biz daha sadə və rahat şəkildə oynayıb qələbə qazanmalıydıq. Ancaq biz hazırlıqlara yeni başlamışıq. Bizim hələ oyun keyfiyyətini yaxşılaşdırmaq üçün çox vaxtımız var”.

Qeyd edək ki, dünən baş tutan oyunda hesabı “Bakı”dan Cavid Hüseynov açsa da, Zelinski 20 metrdən vurduğu mükəmməl qolla tarazlığı bərpa etmişdi.