Mübariz Mənsimov tənqid etdi: Çəkinmədən onu deyə bilərəm ki...
22.07.2013 - 13:04
“Qorxmadan və heç kimdən çəkinmədən onu deyə bilərəm ki, UEFA Türkiyə komandaları barəsində tamamilə səhv qərarlar verdi. Türkiyədə dəqiqləşməmiş bir durum var və UEFA 2 kluba da cəza verir. Bu qərarlar tamamilə düzgün deyil”. Apasport.az saytının məlumatına görə, bunu “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov deyib.
Türkiyəli jurnalistlər Mənsimovdan UEFA-nın yaxın günlərdə “Fənərbaxça” və “Beşiktaş”a dair məlum qərarı ilə bağlı fikrini öyrənib.
Açıq şəkildə qitə futbol qurumunu tənqid edən Mənsimov qonaqlara Lənkəranda yoxlama oyunu keçirdiklərinə görə təşəkkürünü də çatdırıb: “Bütün “Fənərbaxça” azarkeşi və camiəsindən Allah razı olsun. Bura qədər gəldilər, Lənkərana dəstək oldular. Hörmətli Əziz Yıldırım bizim də prezidentimizdir, bizi qırmayıb bura gəldi. Əziz Yıldırımın “Fənərbaxça” və Türkiyə futbolunda çox böyük əməyi keçib. Bizimlə də münasibətlər çox gözəldir və belə də davam edəcək”.
Daha sonra Mənsimov “Fənərbaxça” ilə Türkiyədə də belə yoxlama oyunu keçirmək istədiklərini açıqlayıb: “Mənim üçün Azərbaycan və Türkiyə eynidir. İrq kimi tək bir irqdir. Bir millət, 2 dövlət olsaq da, məncə, bir bütöv haldayıq. Mən “Fənərbaxça”lı deyiləm, bununla belə, yoxlama oyunu keçirərik. Mən “Beşiktaş”lıyam. “Beşiktaş” ilə də oynadıq, yenə oyun keçirmək istərik. “Fənərbaxça” ilə İstanbulda da oynamaq istəyərik”.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Fənərbaxça” oyunu qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
- “Fənərbaxça” – “Lion” matçından sonra gərginlik - 6 nəfər saxlanılıb
- "Atletiko" açıqladı: ALVAREZ SATILMAYACAQ
0
0