Avropa çempionatının bombardiri Azərbaycana gəlir
22.07.2013 - 13:19
Sloveniya millisinin sabiq futbolçusu Rayko Rep karyerasını Azərbaycanda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, sloveniyalı həmkarlarımız 19 və 21 yaşadək futbolçulardan ibarət millilərinin şərəfini qorumuş yarımmüdafiəçinin ölkəmizə üz tutduğunu iddia edir.
“Selye” klubunun yetirməsi olan və 2010-cu ildən “Maribor”a məxsus 23 yaşlı futbolçunun hansı komandamıza keçdiyi açıqlanmır. Sloveniyalılar hücumameylli yarımmüdafiəçinin keçidinin təxminən 100 min avroya başa gəlməsi qənaətindədir.
Əvvəllər böyük perspektiv vəd edən Rayko son 3 ili icarə əsasında “Mura”da keçirib. Sloveniya təmsilçisinin ötən il Avropa Liqasında “Bakı” ilə qarşılaşmalarında meydana çıxmayan Rep təmsilçilərimizə qarşı yoxlama oyununda forma geyib. Məxsus olduğu “Maribor”un “İnter”lə ötən il keçirdiyi sınaq matçında (1:0) Rayko qol vurmağı da bacarıb.
Qeyd edək ki, Rep vurduğu 5 qolla U-19-lar arasında Avro-2009-un seçmə mərhələsinin ən yaxşı bombardiri olub.

- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
- “Fənərbaxça” – “Lion” matçından sonra gərginlik - 6 nəfər saxlanılıb
- "Atletiko" açıqladı: ALVAREZ SATILMAYACAQ
0
0