“Samsunspor”un baş məşqçisi Azərbaycana gəlib
22.07.2013 - 14:33
“Samsunspor”un baş məşqçisi Hüseyn Kalpar Azərbaycanda olub. Apasport.az saytının məlumatına görə, I liqa təmsilçisinin 58 yaşlı türkiyəli çalışdırıcısı ölkəmizdə futbolçu izləməyə gəlib.
Artıq Boluya komandasının təlim-məşq toplanışına qayıdan Kalpar davam etdirdikləri transfer çalışmaları ilə bağlı konkret ad çəkməsə də, ilk növbədə müdafiə və hücuma futbolçu gətirəcəklərini açıqlayıb: “Müdafiənin mərkəzinə, sağ cinahına və hücuma oyunçu alacağıq. Biz əskikləri tamamlayanda, daha yaxşı komanda olacağıq. Deməklə nə çempion olursan, nə də aşağı düşürsən. Hər şeyi əməldə etməlisən ki, biz bunu mövsümün əvvəlindən sonuna kimi ən yaxşı şəkildə etməyə çalışacağıq”.
Qeyd edək ki, yığmamızın qapıçısı Andrey Popoviçin transferini sonda gerçəkləşdirə bilməyən “Samsunspor” “Bakı”nın braziliyalı sabiq hücumçusu Jabanı alıb.

- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
- “Fənərbaxça” – “Lion” matçından sonra gərginlik - 6 nəfər saxlanılıb
- "Atletiko" açıqladı: ALVAREZ SATILMAYACAQ
0
0