3 komandamız avrokuboklarda mübarizəni dayandıracaq?!
22.07.2013 - 14:43
Bu həftə avrokuboklarda II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycanın 4 klubu növbəti raunda çıxmaq üçün ötən həftə görüşdüyü rəqiblərlə yenidən qarşı-qarşıya gələcək.
İlk görüşlərdəki nəticələrin klublarımız üçün nə dərəcədə düşərli olduğu maraq doğurur. 1994-cü ildə qitə kuboklarında debüt edən komandalarımızın çıxışları tarixinə nəzər salıb, bu suala aydınlıq gətirmək mümkündür.
Çempionlar Liqasındakı təmsilçimiz “Neftçi”ni Albaniyada “Skenderbeu” ilə çətin sınaq gözləyir. Bakıdakı qolsuz bərabərlikdən sonra bakılılar səfərdə qalib gəlməli, ya da qollu bərabərliyə nail olmalıdırlar. Belə nəticə Azərbaycan klublarının iştirakı ilə keçirilən 8 dueldə qeydə alınıb.
Onların da 6-da səfərdən qolsuzluqla qayıdan klub sevinib. Yalnız 2 dəfə - hər ikisində də qollu heç-heçə etməklə ilk oyunun meydan sahibi mərhələ adlayıb. Bunların biri təmsilçimiz, digəri isə rəqibi olub. Qolsuz heç-heçədən sonra səfərdə uğur qazanan komandamız “İnter” də bunu Çempionlar Liqasında bacarıb.
Rəqib meydanında 0:2 hesabı ilə uduzan “Xəzər Lənkəran”la “İnter”in şansları isə “Neftçi” ilə müqayisədə azdır. Hətta bu şanslar yox dərəcəsindədir. Belə ki, təmsilçilərimizin oyunlarında qeydə alınan bu nəticə daim cavab matçında yetərli olub. 2 dəfə bizim klub, 2 dəfə isə rəqib öz meydanındakı 2 cavab qollu qələbəni cavab matçında qoruya bilib. Bu üzdən cənubluların İsrail “Makkabi”si (Hayfa), paytaxt təmsilçisinin isə Norveç “Tromse”sinı keçməsi o qədər də inandırıcı görünmür.
Statistika Polşa “Pyast”ını öz meydanında 2:1 hesabı ilə məğlub edən “Qarabağ”ın da xeyrinə deyil. Təmsilçilərimizin iştirakçısı olduğu duellərdə 5 dəfə qeydə alınan bu nəticə yalnız 1 dəfə mərhələ adlamağa kifayət edib. Digər 4 halda isə sürüşkən qələbə əldən çıxıb.
Bunların ikisində bizimkilər, ikisində rəqiblər üstünlüyü itirib. Bütün bunlar isə onu göstərir ki, yeganə qələbə qazanan təmsilçimiz “Qarabağ”ın mərhələ adlamaq şansı vur-tut 20 faizdir. Hərçənd, heç-heçə edən “Neftçi”də bu rəqəm 25-ə bərabərdir.
Qeyd: ÇL – Çempionlar Liqası, UK – UEFA kuboku, AL – Avropa Liqası, İK – İntertoto kuboku.

2001/02 | UK | Neftçi – HİT Qoritsa (Sloveniya) | 0:0 | 0:1 |
2004/05 | ÇL | Neftçi – MOİK (Rusiya) | 0:0 | 0:2 |
2007/08 | UK | MKT Araz – Qrotslin (Polşa) | 0:0 | 0:1 |
2008/09 | ÇL | İnter - Rabotniçki (Makedoniya) | 0:0 | 1:1 |
2009/10 | AL | Rusenborq (Norveç) - Qarabağ | 0:0 | 0:1 |
2009/10 | ÇL | Bakı - Levski (Bolqarıstan) | 0:0 | 0:2 |
2010/11 | AL | Olimpiya (Moldova) – Xəzər Lənkəran | 0:0 | 1:1 |
2012/13 | AL | Bakı – Mura (Sloveniya) | 0:0 | 0:2 |
Rəqib meydanında 0:2 hesabı ilə uduzan “Xəzər Lənkəran”la “İnter”in şansları isə “Neftçi” ilə müqayisədə azdır. Hətta bu şanslar yox dərəcəsindədir. Belə ki, təmsilçilərimizin oyunlarında qeydə alınan bu nəticə daim cavab matçında yetərli olub. 2 dəfə bizim klub, 2 dəfə isə rəqib öz meydanındakı 2 cavab qollu qələbəni cavab matçında qoruya bilib. Bu üzdən cənubluların İsrail “Makkabi”si (Hayfa), paytaxt təmsilçisinin isə Norveç “Tromse”sinı keçməsi o qədər də inandırıcı görünmür.
2001/02 | ÇL | Barri Taun (Uels) – Şəmkir | 2:0 | 1:0 |
2005/06 | ÇL | Neftçi – Hafnarfyördur (İslandiya) | 2:0 | 2:1 |
2006/07 | ÇL | Sioni (Gürcüstan) – Bakı | 2:0 | 0:1 |
2008/09 | İK | Neftçi - Nitra (Slovakiya) | 2:0 | 1:3 |
Statistika Polşa “Pyast”ını öz meydanında 2:1 hesabı ilə məğlub edən “Qarabağ”ın da xeyrinə deyil. Təmsilçilərimizin iştirakçısı olduğu duellərdə 5 dəfə qeydə alınan bu nəticə yalnız 1 dəfə mərhələ adlamağa kifayət edib. Digər 4 halda isə sürüşkən qələbə əldən çıxıb.
Bunların ikisində bizimkilər, ikisində rəqiblər üstünlüyü itirib. Bütün bunlar isə onu göstərir ki, yeganə qələbə qazanan təmsilçimiz “Qarabağ”ın mərhələ adlamaq şansı vur-tut 20 faizdir. Hərçənd, heç-heçə edən “Neftçi”də bu rəqəm 25-ə bərabərdir.
1996/97 | UK | Neftçi - Lokomotiv (Sofiya, Bolqarıstan) | 2:1 | 0:6 |
2000/01 | ÇL | Skonto (Latviya) – Şəmkir | 2:1 | 1:4 |
2004/05 | ÇL | Şiroki Briyeq (Bosniya və Herseqovina) - Neftçi | 2:1 | 0:1 |
2008/09 | İK | Neftçi – Vaslui (Rumıniya) | 2:1 | 0:2 |
2009/10 | AL | Spartak (Trnava, Slovakiya) – İnter | 2:1 | 3:1 |
Qeyd: ÇL – Çempionlar Liqası, UK – UEFA kuboku, AL – Avropa Liqası, İK – İntertoto kuboku.
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
- “Fənərbaxça” – “Lion” matçından sonra gərginlik - 6 nəfər saxlanılıb
- "Atletiko" açıqladı: ALVAREZ SATILMAYACAQ
0
0