“Simurq” “Beşiktaş”la qarşılaşacaq
22.07.2013 - 15:24
“Simurq” “Beşiktaş”la qarşılaşacaq
Avstriyada hazırlıqları davam etdirən "Simurq" iyulun 24-də daha bir yoldaşlıq görüşünə çıxacaq. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Zaqatala təmsilçisinin budəfəki rəqibi Türkiyənin 4 ən böyük klubundan biri olan "Beşiktaş" olacaq.

Qarşılaşma iyulun 24-də keçiriləcək. Bu, “sarı-qaralar”ın Avstriyada yoxlama oyunu keçirəcəyi ikinci Türkiyə klubu olacaq. Belə ki, bu gün “Simurq” qardaş ölkənin I dəstə təmsilçisi "İstanbul BB" ilə oynayacaq. Ayın 27-də isə "Simurq"un sonuncu rəqibi Superliqa klubu "Kayserispor"olacaq.

Qeyd edək ki, "Simurq" - "Beşiktaş" oyununun başlama vaxtı Bakı vaxtı ilə saat 21:00-a nəzərdə tutulub.