“Utrext”in müdafiəçisi Azərbaycan yolunda
22.07.2013 - 15:32
“Utrext”in müdafiəçisi Azərbaycan yolunda
Hollandiyanın “Utrext” klubunun futbolçusu İsmo Vorstermans karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bunu 24 yaşlı mərkəz müdafiəçisinin özü açıqlayıb.

O bildirib ki, Azərbaycan, CAR və Bolqarıstan klubları arasında seçim edir.

Son illər digər holland klubu “Venlo”da icarədə olan İsmo bunu daha yüngül çempionatda oynamaq istəyi ilə izah edib: “Hollandiya çempionatında çıxış etmək mənim üçün çox çətindir. Bu üzdən də özümü ölkə xaricində sınamaq istəyindəyəm. Hazırda hansı varianta üstünlük verəcəyimlə bağlı götür-qoy edirəm”.

Qeyd edək ki, 2008-ci ildə “Ayaks”dan transfer olunan Vorstermans “Utrext”də 17 oyuna 3 qol vurub. 2012-ci ilin əvvəlindən “Venlo”da icarədə olan arxa xətt oyunçusu 26 qarşılaşmada daha 2 dəfə fərqlənib.