Elxan Məmmədov milli üzvləri ilə görüşdü - FOTO
22.07.2013 - 16:19
AFFA-nın baş katibi Elxan Məmmədov bu gün Futbol akademiyasında 17 yaşadək qızlardan ibarət yığma üzvləri ilə görüşüb. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, Məmmədov son illərdə ölkəmizdə qadın futbolunun inkişaf etməkdə olduğunu bildirib, Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacaq millimizə uğurlar arzulayıb.
Qeyd edək ki, yığmamız Avropa çempionatının ilkin seçmə mərhələsində avqustun 2-də Avstriya, 2 gün sonra Polşa, həmin ayın 7-də isə Qazaxıstanla qarşılaşacaq. Yığmamızın mübarizə aparacağı VIII qrupun oyunları Polşada təşkil olunacaq. Turnirə hazırlıq çərçivəsində millimiz iyulun 23-dən avqustun 1-dək Latviyada təlim-məşq toplanışı keçirəcək.

- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
- “Fənərbaxça” – “Lion” matçından sonra gərginlik - 6 nəfər saxlanılıb
- "Atletiko" açıqladı: ALVAREZ SATILMAYACAQ
0
0