“Qəbələ”- “Gənclərbirliyi” matçının vaxtı bilindi
22.07.2013 - 16:56
“Qəbələ”- “Gənclərbirliyi” matçının vaxtı bilindi
“Qəbələ” sabah Avstriyada ilk yoxlama oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, ilk rəqib Türkiyə Superliqasının təmsilçisi “Gənclərbirliyi” olacaq.

Artıq Ankara klubu ilə görüşün başlanma saatına da aydınlıq gəlib. “Qəbələ”nin baş meneceri Zaur Əzizovdan aldığımız məlumata görə, oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, “Qəbələ” Avstriyada ilk yoxlama oyununu iyulun 20-də keçirməli olsa da, sonradan həmin qarşılaşma təxirə salınmışdı.