“Bu qələbə “Qarabağ”la qarşılaşma ərəfəsində xoş əlamətdir”
22.07.2013 - 17:07
“Bu qələbə “Qarabağ”la qarşılaşma ərəfəsində xoş əlamətdir”
“Krakoviya” üzərindəki bu qələbə “Qarabağ”la qarşılaşma ərəfəsində xoş əlamətdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Pyast” klubunun futbolçusu Ruben Hurado deyib.

İspaniyalı legioner ölkə çempionatının I turunun “Krakoviya” ilə səfər oyunundakı 3:2 hesablı qələbədən sonra fikirlərini açıqlayıb.

Hurado Avropa Liqasının II təsnifat mərhələsinin bu həftə baş tutacaq cavab oyununda qarşılaşacaqları “Qarabağ”la matçdan da danışıb: “Biz sübut etdik ki, “Qarabağ”a 1:2 hesablı məğlubiyyət və çox yorucu Azərbaycan səfərindən sonra özümüzə gələ bilmişik. Hazırda çox yaxşı formadayıq. Bunu qarşıdakı matçlarda da sübut edəcəyik. Ehtiyat futbolçularımız “Qarabağ”la oyunda meydana çıxanlardan heç də zəif olmadığını təsdiqlədi”.

Qeyd edək ki, “Pyast” – “Qarabağ” oyunu iyulun 25-də keçiriləcək.