“Neftçi”nin potensial rəqibləri mübarizəyə başlayır
22.07.2013 - 17:15
“Neftçi”nin potensial rəqibləri mübarizəyə başlayır
Sabah Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, təkrar matçlar “Neftçi”nin potensial rəqiblərinin dueli ilə başlayacaq.

Belə ki, oyunların böyük əksəriyyətinin keçiriləcəyi sabah mübarizə “Şaxtyor”la BATE-nin Qazaxıstandakı dueli ilə start götürəcək. Belarusdan sürpriz qələbə ilə gələn Karaqanda təmsilçisi bu nəticəyə və cavab matçını evdə keçirəcəyinə görə daha şanslıdır. Ancaq BATE-nin qitə miqyaslı turnirdə qrup mərhələsində oynamaqla böyük təcrübəyə malik olduğunu nəzərə alsaq, onu hesabdan silmək olmaz.

17 cütdə bir neçəsinin taleyinin artıq həll olunduğunu deməliyik. Hər halda, “Elfsborq”, Tiflis “Dinamo”su, “Seltik”, Zaqreb “Dinamo”sunun qazandıqları böyük fərqli qələbələrdən sonra mərhələ keçəcəyi şübhə doğurmur.

23 iyul
18:30. “Şaxtyor” (Qazaxıstan) - BATE (Belarus)
İlk oyun – 1:0

20:30. “Sutyeska” (Çernoqoriya) - “Şerif” (Moldova)
İlk oyun – 1:1

20:30. “Nomme Kalyu” (Estoniya) – HİK (Finlandiya)
İlk oyun – 0:0

21:00. “Dauqava” (Latviya) - “Elfsborq” (İsveç)
İlk oyun – 1:7

22:00. “Molde” (Norveç) - “Sliqo Rovers” (İrlandiya)
İlk oyun – 1:0

23:00. “Skenderbeu” (Albaniya) - “Neftçi” (AZƏRBAYCAN)
İlk oyun – 0:0

23:00. “Streymur” (Farer adaları) - “Dinamo” (Gürcüstan)
İlk oyun – 1:6

23:30. “Makkabi” (Təl-Əviv, İsrail) - “Qyor” (Macarıstan)
İlk oyun – 1:0

23:45. “Vardar” (Makedoniya) - “Styaua” (Rumıniya)
İlk oyun – 0:3

23:45. “Seltik” (Şotlandiya) – “Kliftovill” (Şimali İrlandiya)
İlk oyun – 5:0


23:45. “Dinamo” (Xorvatiya) - “Fola” (Lüksemburq)
İlk oyun – 5:0

23:45. “Jelezniçar” (Bosniya və Herseqovina) - “Viktoriya” (Çexiya)
İlk oyun – 3:4

“Hafnarfyordur” (İslandiya) - “Ekranas” (Litva)
İlk oyun – 1:0

24 iyul
22:30. “Ludoqorets” (Bolqarıstan) - “Slovan” (Slovakiya)
İlk oyun – 1:2

23:00. “Maribor” (Sloveniya) - “Birkirkara” (Malta)
İlk oyun – 0:0

23:00. “Legiya” (Polşa) - TNS (Uels)
İlk oyun – 3:1

23:45. “Partizan” (Serbiya) - “Şirak” (Ermənistan)
İlk oyun – 1:1