İlk qarşılaşmada məğlubiyyət
22.07.2013 - 17:57
İlk qarşılaşmada məğlubiyyət
Qadın tennisçilər arasında keçirilən “Baku Cup 2013” turnirində 2-ci günün oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, ümumi mükafat fondu 235 min dollar olan turnirin ikinci günündə təsnifat mərhələsinə yekun vurulub. Bu gün keçirilən 6 təsnifat matçından sonra əsas mərhələyə vəsiqə qazanan 6 tennisçi müəyyənləşib.

Bu oyunlarla paralel olaraq həm də əsas mərhələ oyunlarına da start verilib. Belə ki, əsas mərhələnin ilk turunda artıq 4 matç başa çatıb və qaliblər növbəti rəqibini gözləyir.

İlk turda Azərbaycan təmsilçisi Nəzrin Cəfərova mübarizə aparıb. Lakin tennisçimiz xorvatiyalı Donna Vekiçlə qarşılaşmada məğlub olaraq mübarizəni dayandırdı.

Qeyd edək ki, sabah 1-ci turun daha 8 matçı keçiriləcək. Bu oyunlarla paralel olaraq cütlərin mübarizəsinə də start veriləcək.

Təsnifat mərhələsi
Maqda Linette (Polşa) – İrina Buryaçok (Ukrayna) - 2-0 (6:2, 7:5)
Veronika Kapşay (Ukrayna) – Yuliya Kalabina (Rusiya) - 2-0 (6:1, 6:3)
Oleksandra Koraşvili (Ukrayna) – Oksana Kalaşnikova (Gürcüstan) - 0-2 (2:6, 1:6)
Katerina Kozlova (Ukrayna) – Marina Melnikova (Rusiya) - 2-0 (6:3, 6:4)
Ysaline Bonaventure (Belçika) – Tereza Martinkova (Çexiya) - 0-2 (2:6, 4:6)
Alberta Briyanti (İtaliya) – Tetyana Arefyeva (Ukrayna) - 1-2 (6:1, 4:6, 1:6)


Əsas mərhələ, 1-ci tur
Mixaella Krayçek (Hollandiya) – Aleksandra Kadantsu (Rumıniya) - 1-2 (6:1, 0:6, 3:6)
Nəzrin Cəfərova (Azərbaycan) – Donna Vekiç (Xorbatiya) - 0-2 (1:6, 0:6)
Tadeya Mayeriç (Sloveniya) – Karolina Plişkova (Çexiya) - 2-0 (7:5, 6:4)
Uns Cabir (Tunus) – Dariya Qavrilova (Rusiya) - 2-0 (6:4, 6:0)


Mənbə: bakucup.az