“Arsenal” Braziliyadan 20 yaşlı futbolçu alır
22.07.2013 - 19:11
“Atletiko Mineyro”un gənc yarımmüdafiəçisi Bernard London “Arsenal”ına keçir. Apasport.az saytının məlumatına görə, “topçular” 20 yaşlı futbolçu ilə ilkin razılığa gəlib.
Braziliyalı oyunçu iyulun 26-da tibbi müayinədən keçmək üçün İngiltərənin paytaxtı Londona gələcək. “Arsenal” Bernardla 5 illik müqavilə imzalayacaq. Onun əmək haqqı isə ildə 3 milyon avro təşkil edəcək.
Qeyd edək ki, daha əvvəl Bernardla “Şaxtyor” və Dortmund “Borussiya”sı yaxından maraqlanırdı.

- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
- “Fənərbaxça” – “Lion” matçından sonra gərginlik - 6 nəfər saxlanılıb
- "Atletiko" açıqladı: ALVAREZ SATILMAYACAQ
0
0