Qus Hiddink “Anji”dən getdi
22.07.2013 - 19:35
“Anji”nin baş məşqçisi Qus Hiddink istefa verib. Apasport.az saytının məlumatına görə, hollandiyalı çalışdırıcı bu gün istefa ərizəni Mahaçqala klubunun rəhbərliyi ilə görüşündə təqdim edib.
Rəhbərlikdə Hiddinkin ərizəsini qəbul edib və qarşılıqlı razılıq əsasında yollarını ayırıb. Daha sonra “Anji” klubun inkişafına əhəmiyyətli töhfə verən təcrübəli mütəxəssisə təşəkkür edib və bundan sonrakı karyerasına da müvəffəqiyyətlər arzulayıb.
Artıq mahaçqalalılar komandaya yeni çalışdırıcı da təyin edib. Bu, “Mançester Yunayted”in əfsanəvi çalışdırıcısı Aleks Ferqyussonun köməkçisi olmuş və bir müddət əvvəl Hiddinkin yeni yardımçısı vəzifəsinə gətirilmiş Rene Melenstendir. Həmçinin klubun baş direktoru Eyvaz Kaziəhmedov 49 yaşlı mütəxəssisi futbolçulara təqdim edib.
Qeyd edək ki, “Anji” Rusiya Premyer Liqasının yeni mövsümünün iki turundan sonra yalnız bir xal toplamağı bacarıb.

- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
- “Fənərbaxça” – “Lion” matçından sonra gərginlik - 6 nəfər saxlanılıb
- "Atletiko" açıqladı: ALVAREZ SATILMAYACAQ
0
0