“Barselona” Xerardo Martino ilə müqavilə imzaladı
22.07.2013 - 22:40
“Barselona”nın sabiq baş məşqçisi Tito Vilanovanın səhhəti ilə əlaqədar komandadan gedişindən sonra onun boş qalmış postuna yeni çalışdırıcı tapılıb. Apasport.az saytının məlumatına görə, Kataloniya klubu Paraqvay millisinin sabiq çalışdırıcısı Xerardo Martino ilə müqavilə imzalayıb.
“Marca” iddia edir ki, “Barsa” hazırda Argentina “Nyuells Old Boyz”unun baş məşqçisi olan 50 yaşlı mütəxəssislə 3 illik müddətinə anlaşıb. Lakin bu haqda rəsmi informasiya hələlik verilməyib.
Qeyd edək ki, ötən gün “Barselona”nın idman direktoru Andoni Subisarreta və komandanın direktoru Raul Sanllexi Martino ilə danışıqlar aparmaq üçün Buenos-Ayresə getmişdi.

- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
- “Fənərbaxça” – “Lion” matçından sonra gərginlik - 6 nəfər saxlanılıb
- "Atletiko" açıqladı: ALVAREZ SATILMAYACAQ
0
0