“Neftçi”ni məğlub etmək çətin olacaq” - MÜSAHİBƏ
22.07.2013 - 23:00
“Skenderbeu” klubunun prezidenti Ardian Takay Albaniya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Takay Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə cavab oyunu barədə danışıb.
- Bakıdakı oyundan sonra bu matçda komandanızdan nə gözləyirsiniz?
- Növbəti mərhələyə keçməyə çox ümid edirik. Biz hələ heç bir şeyin başa çatmadığını yaxşı anlayırıq. Qarşıda daha bir 90 dəqiqə var. İnanıram ki, futbolçularımız ilk görüşdəki kimi yaxşı oynayıb, əla nəticə qazanacaq. Amma ehtiyatlı olmaq lazımdır.
- “Skenderbeu”nun növbəti mərhələyə keçmək şansı varmı?
- Şanslar 51-in 49-a bizim xeyrimizədir. Düzdü, “Neftçi” çox güclü komandadır. Onları məğlub etmək çətin olacaq. Çünki bu kollektiv Çempionlar Liqasında iştirak edir.
- “Neftçi” ilə matçda azarkeşlərin dəstəyi sizə kömək edə biləcəkmi?
- Azarkeşlərin əla oyuna şahidlik edəcəyinə əminəm. Biz onların dəstəyinə güvənə bilərik. Tamaşaçılar bizim üçün “12-ci oyunçu” olacaq. Onların dəstəyi həmişə olduğu kimi, komanda üçün vacibdir.
- Azərbaycan mətbuatı “Skenderbeu”ya “aktyorların komandası” deyir. Bu haqda nə düşünürsünüz?
- Mən meydanda heç bir dram görmədim. Əksinə, biz rəqibdən daha gözəl futbol oynayırdıq. Düşünürəm ki, Azərbaycan mətbuatının belə deməsi komandalarının gözlənilmədən heç-heçə etməsi ilə əlaqədardır. “Skenderbeu” Bakıda qələbəyə iddialı olduğu üçün bu da onların daha bir alibisi idi.

- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
- “Fənərbaxça” – “Lion” matçından sonra gərginlik - 6 nəfər saxlanılıb
- "Atletiko" açıqladı: ALVAREZ SATILMAYACAQ
0
0