“Çelsi”nin sabiq müdafiəçisi “Trabzonspor”da
23.07.2013 - 00:12
“Trabzonspor” daha bir məşhur futbolçu ilə anlaşıb. Apasport.az saytının məlumatına görə, daha əvvəl Floran Maludanın keçidini rəsmiləşdirən Qara dəniz klubu bu dəfə “Çelsi”nin sabiq müdafiəçisi Joze Bosinqvanı transfer edib.
Artıq 30 yaşlı oyunçu İstanbula gəlib və “Trabzonspor” onunla 2 illik müqavilə imzalayıb. Yaxın günlərdə Bosinqvanın Trabzon şəhərinə gedəcəyi gözlənilir.
Qeyd edək ki, 2008-ci ildə “Porto”dan “Çelsi”yə keçən Joze 4 il “zadəganlar”ın formasını geyinib. Portuqaliya milli komandasının sabiq üzvü son mövsümü KPR-in (2012-2013) heyətində keçirib.

- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
- “Fənərbaxça” – “Lion” matçından sonra gərginlik - 6 nəfər saxlanılıb
- "Atletiko" açıqladı: ALVAREZ SATILMAYACAQ
0
0