Ufuk Budak Avstriyaya yollandı
23.07.2013 - 02:00
Ufuk Budak Avstriyaya yollandı
Milli komandamızın futbolçusu Ufuk Budakın şərəfini qoruduğu “Əskişəhərspor” ötən gün yeni mövsümə hazırlıq məqsədi ilə ikinci təlim-məşq toplanışı üçün Avstriyanın Vyana şəhərinə yollanıb. Apasport.az saytının məlumatına görə, səhər saatlarında komandanın təlim məşq bazasından sözügedən ölkəyə gedən Türkiyə klubu artıq Vyanaya çatıb.

Avqustun 5-inə qədər davam edəcək hazırlıq toplanışında “Əskişəhərspor” 6 yoldaşlıq görüşü keçirəcək.