“Qəbələ” ilk sınaqdan qalib ayrıldı
23.07.2013 - 05:14
“Qəbələ” ilk sınaqdan qalib ayrıldı
Növbəti mövsümün hazırlıqlarını Gürcüstanda davam etdirən "Qəbələ"nin əvəzedici komandası qonşu ölkədə ilk sınaq oyununu keçirib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, Gürcüstan I divizionunda mübarizə aparan "Mark Stars of Georgia" kollektivi ilə üz-üzə gələn "qırmızı-qaralar" qələbə qazanmağı bacarıb.

Rəqibin fiziki və yaş üstünlüyünə baxmayaraq, layiqli oyun nümayiş etdirən Luis Araqonun yetirmələri yekunda 2:1 hesabı ilə qalib gəlib. "Qəbələ"yə qələbə qazandıran qollara Qismət Alıyev və Salman İbrahimov imza atıb.

İyulun 27-dək davam edəcək toplanış müddətində "Qəbələ" daha 3 oyun keçirəcək. Rəqiblər və oyunların keçirilmə vaxtı ilə sizləri tanış edirik:

24 iyul
18:00. "Dinamo" (Tbilisi) - "Qəbələ" - (əvəzedicilər)

25 iyul
17:30. "Vircorciya" - "Qəbələ" - (əvəzedicilər)

26 iyul
10:00. "Spartak" (Tbilisi) - "Qəbələ" - (əvəzedicilər)