“Qəbələ” “Gənclərbirliyi”ni məğlub etdi - YENİLƏNİB
23.07.2013 - 22:01
“Qəbələ” “Gənclərbirliyi”ni məğlub etdi - YENİLƏNİB
“Qəbələ” Avstriyanın Zalsburq bölgəsində növbəti mövsümün hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” təlim-məşq toplanışının III hissəsi çərçivəsində ilk oyununu keçirib.

Yuri Syominin yetirmələri Türkiyə paytaxtı Ankaranı təmsil edən “Gənclərbirliyi” ilə qarşılaşıb. Almaniyanın Münhen şəhərinin “Hans-Bayer” stadionunda baş tutan görüşdə təmsilçimiz 3:1 hesabı ilə qələbə qazanıb.

“Qəbələ”nin heyətində Lorentso Ebesilio, Daniel Subotiç və Kamanan fərqlənib.

Qeyd edək ki, “Qəbələ” Avstriyada ilk yoxlama oyununu iyulun 20-də keçirməli olsa da, sonradan həmin qarşılaşma təxirə salınmışdı.

Yoxlama oyunu
23 iyul

“Qəbələ” (AZƏRBAYCAN) – “Gənclərbirliyi” (Türkiyə) - 3:1
Qollar: Ebesilio, 40, Subotiç, 52, Kamanan, 57
Münhen. “Hans-Bayer” stadionu