“Neftçi” ilə oyunda vəzifəmiz azarkeşlərə sevinc bəxş etməkdi”
23.07.2013 - 08:12
“Neftçi” ilə oyunda vəzifəmiz azarkeşlərə sevinc bəxş etməkdi”
“Neftçi” ilə səfər oyununa tribunadan baxmaq asan deyildi. Ancaq mən cavab matçına hazır olacağam”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Albaniyanın “Skenderbeu” klubunun futbolçusu Ditmar Bici deyib. Komandanın əsas müdafiəçisi “Neftçi” ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin bugünkü ev oyununda meydana çıxmağa hazırdır.

O, tam hazır olmaq üçün böyük iş gördüyünü bildirib: “Ancaq qərar baş məşqçidən asılıdır. Azarkeşlər oyuna hazır olacaqlar. Bizim vəzifəmiz isə onlara sevinc bəxş etməkdir”.