“Azərbaycanlılara qapıya asan zərbə vurmağa imkan verməməliyik”
23.07.2013 - 08:27
“Neftçi” ilə qarşıdakı oyun fərqli olacaq. Biz ötən həftə yaxşı start götürdük. Ancaq seçilən xəttə sadiq qalıb, azərbaycanlılara qapıya asan zərbə vurmağa imkan verməməliyik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Skenderbeu”nun qapıçısı Orqes Şehi deyib.
Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda qolsuz bərabərliklə nəticələnən matçın əsas qəhrəmanlarından olan təcrübəli qapıçı bu gün öz meydanlarında keçiriləcək cavab matçı boyu diqqətli olmalarını bildirib: “Çünki “Neftçi” güclü və sürətli futbolçulara malikdir. Ancaq biz evdə oynayacağıq və bütün Albaniyada azarkeşlər bizi dəstəkləyəcəklər. Bəli, biz “Neftçi”yə qol vurmağa imkan vermədik. Ancaq bu, təhlükəli hücumçuları olan yaxşı komandadır. Onu məğlub etmək çətin olacaq. Rəqibdən çox qol vurmalıyıq”.

- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
0
0