Futbolçularımız Boluda üz-üzə gələcək
23.07.2013 - 08:55
Futbolçularımız Boluda üz-üzə gələcək
“Orduspor”un iyulun 20-dən başlayan Bolu hazırlıqları zamanı keçirəcəyi yoxlama oyunlarına tam ölçüdə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, avqustun 2-dək Boluda toplanış keçəcək Ordu klubu 4 hazırlıq matçında gücünü sınayacaq.

Komanda ilk yoxlama oyununu sabah keçirəcək. Rəqib “Mersin İdman Yurdu” olacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Növbəti qarşılaşma iyulun 25-də həvəskar komandalardan olan “Payas Bələdiyəspor”a qarşı olacaq. “Orduspor” iyulun 27-də “Dənizlispor”la üz-üzə gələcək. Sonuncu yoxlama oyunu isə iyulun 29-da baş tutacaq. Budəfəki rəqib isə “Tavşanlı Linyitspor” olacaq. Son 3 qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, Branimir Subaşiç “Orduspor”un, Andrey Popoviç “Tavşanlı Linyitspor”un, Arif İsayevlə Saşa Yunisoğlu isə “Dənizlispor”un şərəfini qoruyur. Bu isə o deməkdir ki, futbolçularımız Bolu toplanışı zamanı üz-üzə gəlmək imkanı əldə edəcək.