Fərid Quliyev də baş məşqçisiz qaldı - FOTO
23.07.2013 - 09:29
Fərid Quliyev də baş məşqçisiz qaldı -  FOTO
Milli komandamızın sabiq hücumçusu Fərid Quliyev baş məşqçisiz qalıb. Apasport.az saytının məlumatına görə, Türkiyə 1-ci dəstəsinin debütantlarından olan “Kahramanmaraşspor” rəhbərliyi baş məşqçi Fəthi Çokkəsərlə yolları ayırmaq qərarına gəlib.

Klub rəhbərliyi komandanı 2-ci dəstədən PTT liqasına yüksəltmiş çalışdırıcı ilə yolları ayırmasına mətbuata verilən açıqlama ilə aydınlıq gətirməyə çalışıb. Belə ki, ötən mövsümün sonunda Çokkəsərin klubla müqaviləsi başa çatıbmış və onunla Kartəpə toplanışından sonra yeni anlaşma bağlanılmalı imiş. Ancaq toplanış başa çatdıqdan sonra məşqçi yeni şərtlər və tələblər irəli sürüb, klub isə bununla razılaşmayıb. Beləcə tərəflər arasında yeni müqavilə bağlanılmayıb.

Qeyd edək ki, Saşa Yunisoğlu ilə Arif İsayev də hazırda baş məşqçisizdir. Onların çıxış etdiyi “Dənizlispor” baş məşqçi Özcan Bizati ilə bazar günü yolları ayırmaq qərarına gəlib.