“Qarabağ”ın müdafiəsi heç də ən yaxşılardan deyil”
23.07.2013 - 10:08
“Əlbəttə ki, “Qarabağ”la dueldən qalib ayrılıb mərhələ keçəcəyimizə inanıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Pyast” klubunun futbolçusu Damian Zbozyen deyib.
24 yaşlı müdafiəçi Avropa Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la Qlivitsedəkı cavab oyunu ərəfəsində iddialı danışıb. Arxa xətt oyunçusu Bakıdakı 1:2 hesablı məğlubiyyətin əvəzini çıxacaqlarına əmindir: “Biz Azərbaycan futbolunu müəyyən qədər qiymətləndirməmişdik. “Qarabağ” isə çox yaxşı komandadır. Onlar avrokubokların təsadüfi qonaqları deyil. Komandanın əksər üzvləri böyük pullarla heyətə gətirilib. Azərbaycanda hər sahədə pulun olduğunu görə bilərsiniz. Paytaxt Bakı isə çox inkişaf edib. Oyuna gəlincə isə biz “Qarabağ”ın zəif cəhətindən yararlanmalıyıq. Onların müdafiəsi heç də ən yaxşılardan deyil”.
Qeyd edək ki, “Qarabağ”la “Pyast” arasında cavab oyunu iyulun 25-də keçiriləcək.

- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
0
0