Yığmamız “İnter”ə qalib gəldi
23.07.2013 - 10:41
Yığmamız “İnter”ə qalib gəldi
Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Nikolay Adamın yetirmələri "İnter"in əvəzedici komandası ilə qarşılaşıb.

Millimiz bu görüşdə 2:1 hesabı ilə qalib gəlib. Yığmanın qollarını Elnur Cəfərov və Şahban Cəbrayılov vurublar.

Mənbə: affa.az