“İnter”lə qarşılaşmada mərhələ adlamaq klubumuz üçün zəruridir”
23.07.2013 - 12:11
“İnter”lə qarşılaşmada mərhələ adlamaq klubumuz üçün zəruridir”
“Bakıdakı oyunda da öz işimizi görməliyik. Futbolda heç kim əvvəlcədən nəsə deyə bilməz”. Apasport.az saytının məlumatına görə, bu sözləri Norveçin “Tromse” klubunun futbolçusu Saliou Siss deyib.

24 yaşlı seneqallı müdafiəçi Avropa Liqasının II təsnifat mərhələsinin “İnter”lə Bakıdakı oyunu haqda fikirlərini açıqlayıb.

3 ildir şərəfini qoruduğu Tromse təmsilçisindən ayrılmağa yaxın olan afrikalı ölkəmizdəki matça sonuncu gözü ilə baxır: “İnter”lə cavab oyununda da döyüşməli, sonadək mübarizə aparmalıyıq. Avropa Liqasında mərhələ adlamaq “Tromse” üçün böyük əhəmiyyət kəsb edir. Bu uğur klub üçün zəruridir. Bakıdakı qarşılaşma mənim indiki klubumda son matçım da ola bilər. Bəzi klublardan təkliflər almışam və bu üzdən istənilən görüşə sonuncu oyunum kimi çıxıram”.

Qeyd edək ki, iyulun 25-də üz-üzə gələn rəqiblərin Norveçdəki oyununda meydan sahibləri 2:0 hesabı ilə qalib gəlib.