“Beşiktaş” “Simurq”la oyun öncəsi stress atır - FOTO
23.07.2013 - 13:26
“Beşiktaş” “Simurq”la oyun öncəsi stress atır - FOTO
Avstriya toplanışı zamanı sabah “Simurq”la yoxlama oyunu keçirəcək “Beşiktaş” bu matçdan öncə stress atmaqla məşğuldur. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisinin futbolçu heyəti məsjunlaşdıqları otelin yaxınlığında yerləşən əyləncə mərkəzində şən dəqiqələr keçirib.

Bu arada Beşiktaş”ın 4 əsas üzvü “Simurq”la oyunda meydana çıxmaya bilər. Belə ki, bu əyləncədən əvvəl komandanın səhər məşqi olub. Müdafiəçilər Uğur Boral, İsmail Köybaşı, yarımmüdafiəçi Nəcip Uysal və slovakiyalı hücumçu Filip Holoşko kollektiv məşqdə iştirak etməyib.

Qeyd edək ki, “Simurq” – “Beşiktaş” oyunu sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.