“Makkabi” Lənkərana yubiley üçün gəlir
23.07.2013 - 14:01
“Makkabi” Lənkərana yubiley üçün gəlir
Avropa Liqasının II təsnifat mərhələsinin “Xəzər Lənkəran”la qarşılaşması İsrail “Makkabi”si üçün əlamətdar hadisə ilə yadda qalacaq. Apasport.az saytının məlumatına görə, Lənkərandakı görüş Hayfa təmsilçisinin avrokuboklarda 100-cü qarşılaşması olacaq.

Belə ki, ilk dəfə 1993-cü ildə qitə kuboklarına çıxan “Makkabi” ölkəmizə səfərə qədər 99 matça çıxıb. Hesabında 41 qələbə, 15 heç-heçə və 43 məğlubiyyət olan israillilər 145 qol vurub və 139-nu buraxıb.

İlk oyunda 2:0 hesabı ilə qalib gələn Hayfa təmsilçisi əvvəllər UEFA kuboku adlanan Avropa Liqasında sayca 15-ci, yubiley qələbəsini qazanmağa çalışacaq. Bununla da bu turniri özü üçün ən uğurlu yarışa çevirmək əzmində olan qonaqlar Çempionlar Liqasında da eyni sayda qələbəyə sevinib. Lakin orada daha çox oyun keçirməklə buna nail olublar. Cənublular qələbə qazanacağı halda isə “Makkabi”nin Avropa Liqasındakı məğlubiyyətlərin sayı 15-ə çatacaq.

Turnir
O
Q
H
M
T
X
Çempionlar Liqası (8 mövsüm)
38
15
6
17
70-54
51
Kuboklar kuboku (3 mövsüm)
18
9
2
7
29-22
29
Avropa Liqası/UEFA kuboku (8 mövsüm)
35
14
7
14
40-50
49
İntertoto kuboku (3 mövsüm)
8
3
0
5
6-13
9
Cəmi
99
41
15
43
145-139
138