“Neftçi”ni bizdən güclü sayırlar, amma...”
23.07.2013 - 14:54
“Bakıdan 0:0 hesabı ilə qayıtdıq. Bununla belə, bu bərabərliyin çox yaxşı nəticə olduğunu deyə bilmərik”. Apasport.az saytının məlumatına görə, bunu Albaniyanın “Skenderbeu” klubunun kapitanı Bledi Şkembi deyib.
Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə bugünkü ev oyunu haqda fikirlərini bildirən yarımmüdafiəçi Bakıda qolsuz bərabərliyi çox münasib nəticə sayır: “İlk oyunu müsbət notda başa vurduq. Əminik ki, nəticənin davamını gətirə bilərik. Onu etiraf edirik ki, çoxları “Neftçi”ni bizdən güclü komanda sayırlar, amma bununla belə, biz səfərdə inamla oynadıq və bu gün daha böyük inamla çıxış edə bilərik. Yaxşı keyfiyyətlərimizi maksimum göstərib, növbəti mərhələyə çıxmaq üçün hər şey edəcəyik”.
Kapitan həlledici matçda azarkeşlərdən tam dəstək alacaqlarını bildirib: “Əminik ki, qalib gələ bilərik. Ancaq istənilən halda, şanslar bərabərdir”.

- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
0
0