Kanales Azərbaycana qayıdır?
23.07.2013 - 15:19
Ötən çempionatımızın ən sərrast futbolçusu olan Nikolas Kanalesə asiyalıların marağı davam edir. Apasport.az saytının məlumatına görə, 28 yaşlı çilili hücumçunun Səudiyyə Ərəbistanı, Dubaydan sonra Çində oynamaq variantı yaranıb.
Belə ki, bu ölkənin Superliqasının birdən-birə 2 təmsilçisi Kanalesi heyətində görmək istəyir. Nikolasa Çindən təklif gəlməyi təsadüfi deyil. Çünki o, hələ qış fasiləsində bu ölkədən cəlbedici təklif almışdı. Ancaq “Neftçi” ilə müqaviləsi olan hücumçuya görə, 2 milyon avro tələb olunduğundan keçid baş tutmadı.
Nikolasın özü Azərbaycana qayıtmaq istəsə də, bu məsələ hələ də açıq qalır. Əvəzində Rusiya Premyer Liqasında 1 klub onunla maraqlandığından, bu transferin gerçəkləşməsində daha çox istəklidir. Kanales ötən mövsüm Avropa Liqasının qrup mərhələsində “Neftçi”nin heyətində “Rubin”ə qarşı oynadığından, ruslar həmin vaxtdan onu gözaltı edə bilər. Üstəlik, indi futbolçu sərbəst olduğundan klubla yox, yalnız özü ilə danışıb, məsələni həll etmək lazımdır.
Qeyd edək ki, hələ də vətənində olan Nikolas elə də güclü olmayan bir komandanın heyətində məşq etməklə formasını saxlayır.

- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
0
0