“Barselona” yeni baş məşqçisinin adını açıqladı
23.07.2013 - 15:53
“Barselona” yeni baş məşqçisinin adını açıqlayıb. Apasport.az-ın məlumatına görə, klubun rəsmi saytı 50 yaşlı argentinalı mütəxəssis Xerardo Martinonun təyinatının artıq gerçəkləşdiyini yazıb.
Direktorlar Şurasının bu posta təsdiqlədiyi çalışdırıcı ilə 3 illik müqavilə imzalanacaq. Nəticədə Martino “Barsa”nın tarixində Roke Olsen, Elenio Errera və Sezar Luis Menottidən sonra 4-cü argentinalı çalışdırıcı olub.
Son iş yeri vətənində “Nyuells Old Boyz” olan Martino bu il Argentina çempionatının və Libertadores kubokunun finalında iştirak edib. 4 dəfə baş məşqçisi olduğu klubları Paraqvay çempionu edib, 2007-ci ildə Cənubi Amerikada ilin məşqçisi olub. Bundan əlavə, çalışdırdığı Paraqvay yığması ilə 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatında 1/4 finala kimi irəliləyərək, sonda qalib olan İspaniya millisinə 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, İspaniya klubunda ötən mövsüm baş məşqçisi olan yerli mütəxəssis Tito Vilanova səhhətində problemə görə bir neçə gün öncə postundan gedib.

- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
0
0