“Kayserispor” da “Simurq”la oynamaqdan imtina edib?
23.07.2013 - 16:53
“Simurq”un iyulun 27-də yoxlama oyunu keçirəcəyi “Kayserispor” ayın 20-dən Avstriyada hazırlıqlara başlayıb. Apasport.az saytının məlumatına görə, “Alpenlove Hotel”də qalan Kayseri klubu avqustun 4-dək Zeefeld qəsəbəsində təlim-məşq toplanışı keçəcək.
Xorvatiya yığması ilə dünya 3-cüsü olmuş Robert Prosineçkinin yetirmələri burda 4 yoxlama oyunu keçirəcək. Belə ki, “Kayserispor” bu gün Frankfurt “Ayntraxt”ı, iyulun 26-da “Cenoa” və 29-da “Çaykur Rizəspor”la qarşılaşacaq. “Qırmızı-sarılar”ın sonuncu - 4-cü matçında isə rəqib hələ müəyyənləşməyib. Göründüyü kimi, “Kayserispor” iyulun 27-də “Simurq”la oynayacağını təsdiqləməyib.
Qeyd edək ki, bundan öncə Kipr çempionu “Simurq”la yoxlama oyunu keçirməsinə razılıq versə də, ertəsi gün təmsilçimizlə yox, Bundesliqa klubu “Hoffenhaym”la oynamışdı.

- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
0
0