Aqollidən həmyerlilərinə məsləhət: Ehtiyatlı olun, “Neftçi” çox təhlükəlidi
23.07.2013 - 17:18
“Düşünürəm ki, “Skenderbeu” ilk oyundan sonra hansı rəqiblə üzləşməyi haqda dəqiq təsəvvürü var. Hərçənd, mən “Neftçi”ni artıq yaxşı tanısam da, o, səfərdə çox güclü komanda sayılır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın albaniyalı futbolçusu Ansi Aqolli deyib. Milli komandasının da üzvü olan sol cinah müdafiəçisi artıq 3 ildir ölkəmizdə oynayır.
Həmyerlilərinin Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə bugünkü oyunda şanslarını dəyərləndirən Aqolli bu dəfə dəqiqələrə kimi mübarizənin gedəcəyini təxmin edir: “Düzdür, ilk baxışdan albanlar Bakıda yaxşı nəticə əldə edib. Ancaq fikrimcə, Korçada eyforiyaya yer yoxdur. “Neftçi” istənilən anda rəqibə zərbə vura bilər. Buna görə də təhlükəli rəqibə qarşı çox ehtiyatlı olmaq lazımdır. Həmyerlilərimin də güclü olduğu məlum olsa da, “Neftçi” istənilən rəqibə öz oyununu diqtə edə bilər. Onu xatırlayıram ki, hətta “İnter” Azərbaycan çempionu ilə oyunda layiqli müqavimətlə üzləşdi. Bu şəraitdə Albaniya çempionunun taktiki cəhətdən intizamlı olmağı lazımdır. Artıq hər şey sıfırdan başlayır və mən gözəl oyun, güclünün qalib olmağını arzulayıram”.

- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
0
0