Türkiyə klubu I divizionumuzdan futbolçu transfer etdi – FOTO
23.07.2013 - 17:37
Türkiyənin “Kahramanmaraşspor” klubu daha bir azərbaycanlı futbolçu transfer edib. Apasport.az saytının məlumatına görə, Kocaeli – Kartəpə təlim-məşq toplanışına dəvət olunan Murad Axundzadə məşqçilər heyətindən müsbət raport alıb.
Bununla da 17 yaşlılardan ibarət yığmamızın sabiq oyunçusunun keçidi həll olunub. 21 yaşlı Axundzadə ilə 3 illik müqavilə imzalanıb.
Ölkəmizdə “Rəvan”da çıxış etmiş, ötən mövsüm isə I divizion təmsilçisi “Ağsu” ilə çempion olan Murad həm müdafiənin, həm də yarımmüdafiənin sağ cinahında oynayır. O, “Qalatasaray” və “Kasımpaşa”nın ikinci komandalarına dəvət olunsa da, legioner olduğu üçün oynamayıb.
Qeyd edək ki, “Kahramanmaraşspor” bunadək millimizin sabiq hücumçusu Fərid Quliyevlə müqavilə imzalayıb.

- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
0
0