“Pyast”ın baş məşqçisi “Qarabağ”a qalib gəlməyin yolunu göstərdi
23.07.2013 - 18:00
“Biz döyüşdə uduzmuşuq, müharibədə yox”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Pyast” klubunun baş məşqçisi Marçin Broş “Qarabağ”la Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu öncəsi deyib.
İyulun 25-də evdə keçiriləcək matçda qələbə qazanmağın yolu haqda danışan gənc polşalı çalışdırıcı ağdamlıları mübarizədən kənarlaşdıracaqlarını iddia edir: “Qarşıdakı oyunda maksimal səviyyədə diqqətli olsaq, turnirdə irəliləyə bilərik. Mən hələ də fikirləşirəm ki, “Qarabağ”a qalib gəlmək gücümüz daxilindədir. Belə oyunlar sadə olmur. Ancaq mən ümid edirəm ki, biz tempi saxlayaraq, növbəti təsnifat mərhələsinə çıxacağıq”.
Qeyd edək ki, polşalılar Bakıda 1:0 hesabı ilə irəlidə olduqları oyunda sonradan 2 top buraxaraq uduzub – 1:2.

- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
0
0