UEFA “Skenderbeu” – “Neftçi” matçının 1 dəqiqəlik sükutla başlamağına razılıq verib
23.07.2013 - 18:19
Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi”nin Albaniyanın “Skenderbeu” klubu ilə bugünkü oyunu 1 dəqiqə sükutla başlayacaq. “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin apasport.az saytına verdiyi məlumata görə, bu məsələ matçın UEFA nümayəndəsi ilə artıq razılaşdırılıb.
Bununla da iyulun 23-ü Ağdamın işğal gününü matçın keçiriləcəyi Korça şəhərində yad olunacaq. Çempionumuz belə gündə meydana qara sarğı ilə çıxacaq.
Qeyd edək ki, Bakı vaxtilə saat 23:00-da başlayacaq oyun “İdman Azərbaycan” telekanalı ilə canlı yayımlanacaq.

- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
0
0